Azərbaycan Respublikasında yeni İşçi qüvvəsi müayinəsinin məqsədlərinin müzakirə olunmasına dair tərəfdaşların yüksək səviyyəli görüşü

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) əməkdaşlığı çərçivəsində 2014-cü il oktyabrın 23-də Dövlət Statistika Komitəsində bir günlük görüş təşkil edilmişdir. Görüşdə BƏT-in Layiqli əmək göstəriciləri və əmək statistikası ilə bağlı beynəlxalq statistik standartları, eləcə də Azərbaycanda həyata keçirilən əhalinin iqtisadi fəallığı (işçi qüvvəsi) müayinəsinin əsasını təşkil edən ölkə üzrə seçilmiş layiqli əmək göstəriciləri haqqında müzakirələrin aparılması imkanı yaranmışdır. Bununla yanaşı, görüşdə əhatəlilik, ilkin göstəricilər də daxil olmaqla Azərbaycanda yeni işçi qüvvəsi müayinəsinin əsas məqsədləri ilə bağlı tərəfdaşların müzakirəsi yüksək səviyyədə keçirilmişdir. Görüşdə rəhbər şəxslər, tədqiqatçılar, əmək statistikasının və layiqli əmək göstəricilərinin digər istifadəçiləri, ümumiyyətlə, dövlət, qeyri-dövlət sektorunun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişdir.